Kürdə batanlardan bir nəfərin meyiti tapıldı — YENİLƏNİB

HADİSƏ 09 iyl 2020, 21:20

Kür çayının Zərdab rayonu ərazisindən keçən hissəsində batan şəxslərdən birinin meyiti tapılıb.


Demokrat.az xəbər verir, 14 yaşlı Nahidə İsmayılovanın meyiti xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

 

Hazırda digər iki nəfərin də axtarışları aparılır.

 

***

Zərdab rayonunda 3 nəfər Kür çayında batıb.


Demokrat.az xəbər verir ki, Kür çayının Zərdab rayonu, Burunlu kəndi ərazisindən keçən hissəsində 1990-cı il təvəllüdlü Yusifov Cavid Arzu oğlu, 2005-ci il təvəllüdlü Hüseynov Rahil Mahir oğlu və 2006-cı il təvəllüdlü İsmayılova Nahidə Rəşadət qızı batıb.


Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top