Hadisə

Narkotikin təsirindən polisə tabe olmayan şəxs tutuldu — VİDEO

Narkotikin təsirindən polisə tabe olmayan şəxs tutuldu — VİDEO

Paytaxtın Sabuçu rayonunda xüsusi karantin rejim qaydalarını pozaraq, polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyən şəxs saxlanılaraq barəsində müvafiq tədbirlər görülüb.

Bakı şəhər BPİ mətbuat xidmətindən ​Demokrat.az-a verilən məlumata görə, Tovuz rayon sakini, 1997- cü il təvəllüdlü Tural Abbasov narkotik vasitələrin təsiri altında münaqişəli vəziyyət yaratdığına görə onun barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib.

Məhkəminin qərarı ilə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 206 və 535-ci maddələri ilə 40 gün həbs inzibati tənbeh növü tətbiq edilib.

D
demokrat.az