Daha bir məmurun Praqada şirkətləri üzə çıxdı (FOTOLAR)

HADİSƏ 05 iyl 2020, 10:35

Azərbaycanlı məmur Hacıqulu Sadıqovun Praqada şirkəti haqqında məlumat yayılıb.

 

Demokrat.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli yazıb:

 

Onun sözlərinə görə, Hacıqulu Sadıqov Çexiyada daşınmaz əmlak şirkəti açıb, evlər alıb. Şirkətinə də bir hissəsinə Füzuli rayonunun adı verilib. 

 

Sənədlərə görə, Bakı şəhəri Nərimanov 77/44-də yaşayan 1959-cu il təvəllüdlü Hacıqulu Sadıqov FÜZULİ SRO şirkətini 2016-cı ilin martında Praqa, Modrany, Na schoddkach 134/6 ünvanında qeydiyyatdan keçirib. Bu ünvanda bir sıra məmurların şirkətləri hüquqi qeydiyyatdadır.

 

Hacıqulu Sadıqov Çexiyadakı şirkətini idarə etmək üçün Praqada yaşayan Həsən Hüseynov adlı şəxsə etibarnamə verib.

 

Qeyd edəl ki, Hacıqulu Sadıqov 2017-ci ildə Energetika naziri Pərviz Şahbazovun əmri ilə nazirliyin Dövlət Qaz Nəzarət İdarəsinin rəisi vəzifəsindən azad edilib.

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top