SON DƏQİQƏ: Qərbi-Azərbaycan dövlətinin bayrağı qəbul edildi — FOTO

HADİSƏ 04 iyl 2020, 22:55

Hazırda Mühacir Qərbi-Azərbaycan (İrəvan) Hökumətinin iclası keçirilir.


Demokrat.az xəbər verir ki, bu barədə məlumatı Türkiyədə yaşayan azərbaycanlı siyasətçi Aqil Səmədbəyli qeyd edib.


O bildirib ki, iclasda Qərbi Azərbaycan-İrəvan dövlətinin bayrağı qəbul edilib.


“4 iyun – Bayraq günü kimi təsdiqləndi. Vətənə, millətə xeyirli olsun”, – deyə o qeyd edib.


Xatırladaq ki, Mühacir Qərbi Azərbaycan Respublikası Türkiyənin Ərciyəz Universitetinin professoru Qafar Çaxmaqlının təşəbbüsü ilə elan edilib.


Artıq mühacir hökumət də formalaşıb.(Axar.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top