Vüqar Səfərlinin qəzeti KİVDF-nin siyahısından kənarda qaldı

SOSİAL 04 iyl 2020, 17:36

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) qəzet redaksiyalarına maliyyə yardımının göstərilməsi üçün təşkil edilmiş müsabiqənin nəticələrini elan edib.


Demokrat.az xəbər verir ki, KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərlinin “Mövqe” qəzeti maliyyə vəsaiti ayrılan qəzetlərin siyahısından kənarda qalıb.


“Mövqe” qəzetinin KİVDF-nin  müsabiqə qaydalarına uyğun gəlmədiyi bildirilir.


Xatırladaq ki, Vüqar Səfərlinin quruma rəhbərlik etdiyi dövrdə qəzetə ildə 240 min manat vəsait ayrılırdı.(unikal.org)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top