Rektor Nazim Məcidovu işdən çıxardı

SOSİAL 04 iyl 2020, 14:36

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Nazim Məcidovu tutduğu vəzifədən azad edib.


“MediaPost”un əldə etdiyi məlumata görə, E.Babayevin müvafiq əmri ilə, BDU-nun Tarixi Muzeyinin direktoru N.Məcidov vəzifəsindən azad olunub.


Məsələ ilə bağlı “MediaPost”a açıqlama verən Nazim Məcidov öz  istəyi ilə vəzifəsindən ayrıldığını bildirib. O, hazırda işsiz olduğunu deyib. 


Nazim Məcidov Universitetin Kadrlar şöbəsinin müdiri vəzifəsində də çalışıb.  


Qeyd edək ki, Nazim Məcidov uzun illər Dənizkənarı Bulvar İdarəsinin rəis müavini vəzifəsində çalışıb.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top