Səhiyyə Nazirliyində BMT-nin İqtisadi və Sosial Komissiyasının İcraçı katibi ilə görüş keçirilib — FOTO

SOSİAL 05 iyul 2025, 14:10
Azərbaycanın Səhiyyə Nazirliyində Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) İcraçı katibi xanım Armida Salsiya Alişahbana ilə görüş keçirilib.

Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycanın BMT-nin müxtəlif ixtisaslaşmış strukturları, həmçinin UNESCAP ilə səmərəli əməkdaşlıq etdiyini vurğulayıb. Nazir qeyd edib ki, Azərbaycan 1992-ci ildə BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasına üzv olub və bu müddət ərzində UNESCAP-a üzv olan əksər üzv dövlətləri ilə yüksək səviyyədə ikitərəfli əlaqələr qurulub.

UNESCAP-ın xüsusilə nəqliyyat, rəqəmsallaşma, enerji sahələrində və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq üçün vacib platforma olduğunu bildirən Azərbaycanın səhiyyə naziri ikitərəfli əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Səmimi qəbula görə minnətdarlığını bildirən UNESCAP-ın icraçı katibi 2023-cü ilin noyabrında BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) 25-ci ildönümündə Azərbaycanda Zirvə görüşünün keçirilməsinin əlamətdar hadisə olduğunu vurğulayıb. Azərbaycanın Səhiyyə Nazirliyi ilə səmərəli əməkdaşlığın qurulmasında maraqlı olduğunu bildirən Armida Salsia Alisahbana qeyd edib ki, UNESCAP təşkilata üzv ölkələrdə rəqəmsal səhiyyə və səhiyyənin inkişafına tövfə verəcək.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top