İdman

Gerye “Qarabağ”a qayıtdı

Gerye “Qarabağ”a qayıtdı

"Neftçi"dən ayrılan Donald Gerye "Qarabağ"a qayıdıb.

Demokrat.az xəbər verir, bu barədə o özünün "Instagram" hesabından paylaşım edib.

Haitili oyunçu Ağdam təmsilçisinə geri döndüyünü və anlaşmanın tamamlandığını yazıb.

Qeyd edək ki, Donald Gerye 2017-2019-cu illərdə "Qarabağ"ın formasını geyinib.

Xatırladaq ki, "Qarabağ" futbol klubundan Gerye ilə bağlı heç bir rəsmi açıqlama verilməyib.

D
demokrat.az