Çarter reysləri ilə bağlı MÜHÜM AÇIQLAMA

SİYASƏT 30 iyun 2020, 18:26

“Bakı-İstanbul-Bakı xətti üzrə çarter reysləri təşkil olunur”. 

 

Demokrat.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Adminstrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. 

 

O bildirib ki, digər ölkələrlə bağlı çarter reyslərinə dair fikirlər də müzakirə edilir:

 

“Bu, tək Azərbaycandan asılı deyil. Çarter reyslərinin təşkil edilməsi məsələsində digər ölkələrdəki vəziyyət nəzərə alınmalıdır. Xüsusi qaydalar əsasında bu istiqamətdə müzakirələr davam etdirilir”. (Oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 iyul 2025, 16:37
Top