Azərbaycan Hərbi Dəniz Qüvvələrinə yeni komandan təyin edilib — SƏRƏNCAM

SİYASƏT 29 iyun 2020, 21:56

Müdafiə Nazirliyində yeni kadr təyinatı olub.

 

Demokrat.az bildirir ki, “Report”un əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq sərəncam imzalanıb. 

 

Sərəncama əsasən, kontr-admiral Sübhan Kamal oğlu Bəkirov Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı təyin edilib.

 

O, bundan əvvəl Hərbi Dəniz Qüvvələri komandanının müavini vəzifəsində işləyib.

 

Qeyd edək ki, Prezident İlham Əliyevin iyunun 25-də imzaladığı sərəncam ilə S.Bəkirova kontr-admiral ali hərbi rütbəsi verilib.

 

Xatırladaq ki, Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini bir neçə il idi 1-ci dərəcəli kapitan Zaur Hümmətov icra edirdi. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top