Bakıda yaşayış binasının həyətində yanğın — VİDEO

HADİSƏ 29 iyn 2020, 18:24

Bakıda yaşayış binasının həyətində yanğın qeydə alınıb.


Demokrat.az bildirir ki, Oxu.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb.


İlkin məlumata görə, hündürmərtəbəli yaşayış binasının yaxınlığında 70 m2 sahəsi olan ərazidə taxta tullantıları yanıb. 


Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından mühafizə idarəsinin müvafiq qüvvələri cəlb edilib. Yanğın qısa zamanda söndürülüb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top