Sosial

Koronavirusa yoluxduğu deyilən həkim açıqlama verdi: "Yalandır"

Koronavirusa yoluxduğu deyilən həkim açıqlama verdi: Yalandır

Sosial şəbəkələrdə ginekoloq Afət Kərimovanın koronavirusa yoluxması və buna baxmayaraq, işə gəlib-getməsi barəsində məlumat yayılıb.

Həkim Afət Kərimova bununla bağlı Demokrat.az-a açıqlama verib.

O bildirib ki,sosial şəbəkələrdə onun haqqında yayılan məlumatlar əsassızdır.

Afət Kərimova qeyd edib ki, iyunun 26-da COVİD 19 testi verib və iyunun 27-də işə çıxmayıb.Evdə özünü izolyasiya edib.

Həkim sonda bunları vurğulayıb:

"Bu kimi davranışlar həkim adına kölgə salır, hansı ki, həkimlər hər zaman vətəndaşların sağlığının keşiyindədirlər".

Demokrat.az

D
demokrat.az