Dünya

Rusiya ABŞ əsgərlərinin öldürülməsi üçün pul təklif edir — ŞOK İDDİA

Rusiya ABŞ əsgərlərinin öldürülməsi üçün pul təklif edir — ŞOK İDDİA

Əfqanıstandakı ABŞ əsgərlərinin öldürülməsi üçün Rusiyanın “Taliban”a pul təklif etdiyi iddia edilir.

Demokrat.az xəbər verir ki, “New York Times” Rusiyanın xarici kəşfiyyat orqanı əməkdaşlarının “Taliban”a ABŞ əsgərlərini öldürməsi üçün yüksək məbləğdə pul verdiyini iddia edib.

Bu barədə məlumatı “Taliban” ələ keçən üzvlərindən alındığı bildirilib.

Ələ keçən döyüşçülərin sözlərinə görə, Rusiya kəşfiyyatı İngiltərədə ikitərəfli agent işləyən Sergey Skirpal və qızı Yuliyanı zəhərləməkdə təqsirli bilinən şəxslərə bu barədə göstəriş veriblər.

Bu xəbərin ABŞ prezidentinə və təhlükəsizlik orqanlarına məruza edildiyi deyilib.

Hazırda hökumətin bu barədə Rusiyaya nota verilməsi və embarqo tətbiq edilməsi istiqamətində müəyyən işlər gördüyü qeyd edilib.(Yeniavaz.com)

D
demokrat.az