Xalq artisti: “Qayınanalar hər zaman haqlıdırlar” — VİDEO

ŞOU-BİZNES 27 iyn 2020, 17:35

Xalq artisti Gülyanaq Məmmədova gəlin-qayınana münasibətlərindən danışıb.


Demokrat.az xəbər verir ki, “Üç əlli” verilişinə qonaq olan müğənni qayınanaların hər zaman haqlı olduğunu deyib:


“Qəşəng qayınanalarımız da, gəlinlərimiz də var. Ailədir, söz-söhbətsiz olmur. Çəkişməsən, bərkiməzsən. Qayınanalar hər zaman gəlinin xeyrinə danışır.


Onlar həyat görüb, zaman keçib. Gəlinlər müasir dövrdə yaşayıblar, ola bilər, fikir düz gəlməsin. Amma anlayışlı olub, güzəştə getmək lazımdır”.(axşam.az)

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top