Dünya

BMT-yə aid avtomobildə intim əlaqə videosu yayıldı

BMT-yə aid avtomobildə intim əlaqə videosu yayıldı

İsraildə Birləşmiş Millətlər Təşkilatına aid avtomobillərin birində intim əlaqə olduğuna dair video yayılıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, 18 saniyəlik video ilə bağlı istintaq başladılıb. Məsələ ilə bağlı açıqlama verən BMT baş katibinin sözçüsü Stefan Duyarriç görüntüləri izləyərkən baş katibin dərin narahatlıq keçirdiyini və şok olduğunu ifadə edib.

"Videoda görünən davranış iyrəncdir və BMT əməkdaşları tərəfindən cinsi istismarla mübarizədə əldə etdiyimiz və əldə etmək üçün çalışdığımız bütün dəyərlərə ziddir", - deyə o, bildirib.

Demokrat.az

D
demokrat.az