Təhsil Şöbəsinin keçmiş müdiri koronavirusdan öldü — FOTO

HADİSƏ 26 iyn 2020, 21:52

Laçın Rayon Təhsil Şöbəsinin keçmiş müdiri, Əməkdar müəllim Şahlar Xəlilov koronavirusdan vəfat edib.


“Report” xəbər verir ki, o, 72 yaşında dünyasını dəyişib. 


Qeyd edək ki, Şahlar İsa oğlu Xəlilov 1948-ci ilin aprel ayının 10-da Laçın rayonunun Ərəb kəndində anadan olub. Uzun müddət təhsil sahəsində çalışıb, Laçın Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləyib. 


Prezident İlham Əliyevin 2011-ci ilin oktyabr ayında imzaladığı sərəncam ilə "Əməkdar müəllim" fəxri adına layiq görülüb.  


Allah rəhmət eləsin!

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top