Dünya

Koronavirusla bağlı gözlənilən açıqlama gəldi — ÇOX TƏƏSSÜF Kİ... / ÜST

Koronavirusla bağlı gözlənilən açıqlama gəldi — ÇOX TƏƏSSÜF Kİ... / ÜST

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Türkiyə üzrə proqram direktoru, professor Toker Ergüderin koronavirusla bağlı açıqlaması narahatlıq yaradıb. O bildirib ki, Türkiyədə və dünyada COVID-19-a yoluxanların sayı yenidən artmağa başlayıb.

Demokrat.az xəbər verir ki, professor virusun hələ də aktiv şəkildə yayıldığını və yoluxma riskini itirmədiyinə diqqət çəkərək, Türkiyədə də son günlər yoluxmaların artdığını vurğulayıb:

“Ancaq unutmayın ki, hazırda bizim aşkar edə bildiyimiz yoluxma halları sadəcə aysberqin görə bildiyimiz hissəsidir. Hər gün aşkar olunan yoluxma sayını 6 və ya 7-yə vurmaq lazımdır. Çünki testləri həyata keçirdiyimiz avadanlıqlar yalnız 60% dəqiq nəticə verə bilir. Bu virusu daşıyanların 80%-də heç bir simptom özünü göstərmr. Belə xəstələr asemtomik adlanır. Yəni, bu xəstələr heç bir simptom göstərmirlər, ancaq virusu yoluxdura bilirlər”.(redaktor.az)

D
demokrat.az