Türkiyədə koronavirusdan daha 17 nəfər öldü

DÜNYA 16 iyn 2020, 23:45

Türkiyədə yeni növ koronavirusdan bu gün daha 17 nəfər ölüb.

 

Bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb. 

 

Nazir qeyd edib ki, son 24 saatda 46800 şübhəli koronavirus testindən keçib, onlardan 1467-nin cavabı pozitiv çıxıb. Bu gün 1015 xəstə sağalıb. 

 

Türkiyədə yeni növ koronavirusdan indiyədək 4842 nəfər ölüb, 181298 nəfər bu infeksiyaya yoluxub, 153379 nəfəri isə müalicə olunub.

 

Nazir infeksiyaya yoluxanların dünənlə müqayisədə 125 nəfər az olduğunu qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top