Nikol Paşinyan hakimiyyətin başında qalmaq üçün yeganə alətinə – repressiyalara, yeni siyasi həbslərə arxalanır.
Demokrat.az xəbər verir ki, bu sözləri 168.am erməni nəşrinə müsahibəsində Ermənistan Respublikaçılar Partiyasının icra orqanının üzvü Eduard Şarmazanov deyib.
Onun sözlərinə görə, Paşinyan bu baxımdan DTX və polisin hərəkətlərindən məmnun deyil.
“Koronavirus Ermənistana müharibə elan etsə də, hökumət epidemiya ilə mübarizə aparmaq əvəzinə müxalifətlə mübarizə aparır. Baş nazir Paşinyan koronavirusun bəzi qüvvələr tərəfindən hökumətə qarşı kampaniya aparmaq üçün istifadə edildiyini iddia edərək yalan danışır. Səlahiyyətlilər pandemiyadan öz yerlərində qalmaq üçün istifadə edirlər. Ölkənin baş naziri postunu tutan şəxsin koronavirusa məğlub olduqdan sonra müxalifətə müharibə elan etməsi ayıbdır. İqtisadiyyat bərbad vəziyyətdədir, insanların sosial vəziyyəti yaxşılaşmadı, daha da pis yaşamağa başladılar, Qarabağ problemində Ermənistan üçün dağıdıcı və təhlükəli hadisələr baş verdi. İrəvan Qarabağı itirir” deyib.(konkret.az)


