Sosial

Bakıda qəlyanxana karantin qaydalarını belə pozdu — VİDEO

Bakıda qəlyanxana karantin qaydalarını belə pozdu — VİDEO

Paytaxtın Nəsimi rayonunda Rayon Polis İdarəsinin əməkdaşları Mərdanov qardaşları küçəsində xüsusi karantin rejimi qaydalarını pozan qəlyanxana aşkarlayıblar.

Demokrat.az​APA-ya istinadən xəbər verir ki, “Dadaşda” çay evində qaydalara zidd olaraq, qəlyan çəkilməsinə şərait yaradıldığı müəyyənləşib.

Nəticədə çay evinin sahibi və müştərilər saxlanılıb. Obyektin sahibi Emin Məmmədov 1500 manat, 5 müştərinin hər biri isə 100 manat məbləğində cərimələnib.

Demokrat.az

D
demokrat.az