Daha bir ölkə koronavirusdan QURTULDU

DÜNYA 08 iyn 2020, 13:42

Dünyanın daha bir ölkəsində koronavirus (COVID-19) xəstəsi qalmayıb.

 
Demokrat.az xəbər verir ki, Yeni Zelandiyada infeksiyaya yoluxmuş 1504 nəfərdən 22-si ölüb, 1482 nəfər isə sağalaraq evə buraxılıb. 


Beləliklə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Yeni Zelandiyanı koronaviruslu ölkələr siyahısında sıfır göstərici ilə işarələyib.


Qeyd edək ki, bundan öncə Sent-Bartelemi, Folklend Adaları, Anguilla, Papua-Yeni Qvineya, Beliz, Yeni Kaledoniya, Farer Adaları, Mavriki, Qərbi Saxara, Sen-Pyer və Mikelon, Karib Niderlandı, Müqəddəs Lüsiya, Şərqi Timor, Kamboca, Eritreya, Fransa Polineziyası, Dominika, Sen Kits və Nevis Federasiyası, Montserrat, Seyşel Adaları, Makao, Müqəddəs Kitts və Nevis, Trinidad və Tobaqo Respublikası, Törks və Kaykos Adaları, Monteneqro, Aruba, Britaniya Vircin Adaları, Men adası, Qrenlandiya və Fici Aadaları Respublikasında koronaviruslu xəstə qalmayıb.

 
ÜST-ün məlumatına görə COVID-19 dünyanın 213 ölkə və bölgəsində qeydə alınıb.(modern.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top