Bu gün Bakının Nərimanov rayonunda gənc ailə Daxili İşlər Nazirliyinin "102" Qaynar Xətt xidmətinə müraciət edərək evində azyaşlı xəstə uşağının qidasının qurtardığını və uşağın acından ağladığını bildirib.
Demokrat.az-ın xəbərinə görə,məsələyədərhal reaksiya verən "102" xidməti həminmüraciəti Nərimanov rayon Polis İdarəsinə yönləndirilib. Məlumat əsasında Nərimanov rayon Polis İdarəsinin əməkdaşları dərhal hadisə yerinə yollanaraq ünvanı müəyyən edib və həqiqətən də xəstə uşağın qidasının bitdiyinin şahidi olub. Paytaxt ərazisində aptek və mağazalar açıq olmadığından polis əməkdaşları uşaq qidası tapa bilməyib. Nərimanov rayon Polis İdarəsinin əməkdaşları rayon ərazisində səfərbər olaraq 10-dan artıq aptek və mağazaya baş çəksələr də, bütün obyeklər bağlı olduğundan qida tapa bilməyib. Çarəsiz qalan polis əməkdaşlarından biri xidməti ərazini icazə ilə tərk edərək, paytaxtın başqa rayonu ərazisindəki evinə yollanıb. Polis əməkdaşı yaşadığı evdən öz övladının qidasını götürərək əraziyə qayıdıb və həmin qidanı azyaşlının ailəsinə təqdim edib. Gənc ailə polisin bu xeyirxah əməlinə görə həmin polisə və daxili işlər orqanları əməkdaşlarına minnətdarlığını bildirib.
Elçin


