İzzət Bağırova görə aparıcı Nanəyə TÖHMƏT VERİLİB — İLGİNC SƏBƏB

ŞOU-BİZNES 03 iyn 2020, 11:51

"İzzətin bir mahnısı var, çox sevirəm o mahnını. İzzətin ifasında o mahnını çox sevmişəm. Bir zaman çox məşhur idi o mahnı "Yaşım yolun yarısı".


Demokrat.az xəbər verir ki, bu açıqlamanı "Şou ATV"də aparıcı Nanə Ağamalıyeva edib.


Verilişdə qonaq olan İzzət Bağırov aparıcının sözünü yarımçıq kəsərək sözügedən mahnı ilə bağlı maraqlı bir faktı açıqlayıb:


"Onda qoy bir dənə açıqlama verim: Nanə o vaxtlar ATV-də radioda çalışırdı. O mahnını gündə bəlkə bir 10 dəfə verirdi. Axırda ona görə töhmət aldı. Ay qız, bəsdir də. Bir müğənninin mahnısını gündə nə qədər verəcəksən?! Dedim "Nanə, etmə də. Elə bilərlər ki, mən sənə nəsə verirəm".(milli.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top