80 yaşını qeyd edən Xalq artisti: “Ən böyük arzum Qarabağımıza dönməkdir”

ŞOU-BİZNES 01 iyn 2020, 15:14

Bu gün Xalq artisti Niyamməddin Musayevin doğum günüdür.


Demokrat.az xəbər verir ki, estrada musiqimizin görkəmli nümayəndələrindən olan N.Musayevin 80 yaşı tamam olur.


Bu münasibətlə saytımızın əməkdaşı N.Musayevlə əlaqə saxlayıb.


Yubiley yaşını qeyd edən “Şöhrət” ordenli müğənni doğum günü ilə bağlı təəssüratlarını bölüşərək, arzularını dilə gətirib:


“Allahdan özümə can sağlığı diləyirəm. Arzudan arzu doğur. Ən böyük arzum isə əzəli torpaqlarımızı nankor düşmənlərimizdən geri alıb, Qarabağımıza dönməyimizdir”.


Qeyd edək ki, Niyaməddin Cabbar oğlu Musayev 1940-cı il iyunun 1-də İmişli rayonunda anadan olub. Musiqiyə olan sevgi və maraq uşaq yaşlarından onu bu yolu seçməyə təhrik edən amillərə çevrilib. 1957-ci ildən, yəni 17 yaşından N.Musayev peşəkar səhnədədir.


Gənc yaşlarında Rayon Mədəniyyət evində metodist və incəsənət məsləhətçisi işləyib. 1966-cı ildə ilk dəfə Ə.Bakıxanovun rəhbərliyi ilə Xalq Çalğı Alətləri ansamblının müşayiəti ilə ifa etdiyi bir neçə mahnı dövlət radiosunun fonotekasına daxil olub. 1968-ci ildə "Muğam-68" festivalında qələbə qazanıb.


1991-ci ildə Naxçıvan MR-nın əməkdar artisti adına layiq görülüb.


Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə 1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb və 2000-ci ildə “Şöhrət” ordeni ilə təltif edilib.(oxu.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top