İdman

Şəhriyar Məmmədyarov: "Sponsorum yoxdu, hətta bütün yarışlara öz hesabıma gəlirəm" (FOTO)

Şəhriyar Məmmədyarov: Sponsorum yoxdu, hətta bütün yarışlara öz hesabıma gəlirəm (FOTO)

Dünyanın ən tanınmış şahmatçılarından biri, azərbaycanlı Şəhriyar Məmmədyarov üzücü bir məsələyə toxunub.

Demokrat.Az xəbər verir ki, beynəlxalq qrossmeysterimiz özünün "facebook" hesabında pulsuzluqsəbəbindən, istirahətsiz ard-arda yarışlara yollandığını yazıb.

Şahmatçımız, Azərbaycanda ona sponsor tapılmadığından şikayətlənib. Halbuki, onun rəqibləri yarışlara sponsor dəstəyi ilə yollanır. Lakin Məmmədyarov öz şəxsi hesabı ilə beynəlxalq yarışlara üz tutur:

"Bu gün jurnalist mənə sual verdi ki, nədir səni bu qədər oynamağa məcbur edən ? Utandım, deyim ki, pul ! Deyə bilmədim ki, mənim kimi professionaloyunçunun sponsoru yoxdu və hətta bütün yarışlara öz hesabıma gəlirəm. Bütün buradakı insanların sponsoru var".

Demokrat.Az

D
demokrat.az