Yay fəslinin gəlmə vaxtı açıqlandı

SOSİAL 23 may 2020, 11:15

Azərbaycana yay fəslinin gəlməsinin vaxtı məlum olub.


Demokrat.az xəbər verir ki, yay fəsli iyunun 21-də saat 01:43:42-də başlayır.


Buna astronomiyada həm də yay Günəş duruşu deyilir. Başqa sözlə, Yerə ən yaxın ulduz üfüqə nisbətdə ən hündür nöqtədə olur. Eyni zamanda, Günəş şüalarının istiqaməti ilə Yer kürəsinin fırlanma oxu ən kiçik bucaq əmələ gətirir.


Belə olan halda Günəş şüaları yer səthinə, xüsusilə də şimal yarımkürəsinə yaxşı düşə bilir.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top