Sosial

Mətbuatın Azər Ayxanı 48 yaşında!

Mətbuatın Azər Ayxanı 48 yaşında!

13 may 1972-ci ildə Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində müəllim ailəsində doğulub. Orta təhsilini Yuxarı Öysüzlü kənd orta məktəbində alıb. 1995-ci ildə ali məktəbi bitirib.

1991-ci ildən mətbuatdadır. Həmin ilin noyabrında "Yeni Müsavat" qəzetində məsul katib köməkçisi kimi fəaliyyətə başlayıb. 1994-cü ildən yazıları dərc olunub.

1996-97-ci illərdə o dövrün ən populyar qəzetlərindən olan "7Gün" qəzetində müxbir kimi çalışıb. 1998-ci ildə "Müxalifət" qəzetinin direktoru olub. 2005-ci ilin yanvarından "Yeni Müsavat" qəzeti baş redaktorunun 1-ci müavinidir.

Ailəlidir,1 oğlu, 1 qızı var.

Azər Ayxandır. Hörmətlə həyat sürən, izzətlə qələm tutan, məhəbbətlə qocaman mətbuat orqanını idərə edənlərdən biri olan, həmkarlarını həmişə, hər yerdə birinci görmək istəyən demokratik düşüncəli Azər bəy, yaşamaq hər yaşda gözəldir.

Gözəl gününüz mübarək. Mətbuatı zənginləşdirən sizin kimi insanların yolu açıq olsun, dedik həmişə. Əsas yoldur. O yolda vaxt itirməyəsiniz. Hər dəqiqəniz, yaşadığınız vaxt özünüz qurduğunuz olsun. Onda həyatın vurduğu hər qəfil zəng səsinə gümrahlıqla cavab verir adam. Həmişə gümrah olasınız!

D
demokrat.az