Sosial

Azərbaycanda daha bir qadağa ləğv edilir — AÇIQLAMA

Azərbaycanda daha bir qadağa ləğv edilir — AÇIQLAMA

İyunun 1-dən hava şəraiti uyğun olarsa, çimərlik mövsümünə start veriləcək. Koronavirus pandemiyasına görə qadağalar sırasında bu sahə də var. Lakin artıq bəzi ölkələr çimərliklərin istifadəsinə icazə verib. Azərbaycan da mayın 4-dən sonra karantin rejiminin yumşaldılmasına başlayıb. Bəs çimərliklərin istifadəsinə nə vaxt icazə veriləcək?

Demokrat.az-ın məlumatına görə, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, bu məsələ ilə bağlı növbəti günlərdə qərar veriləcək:

“İdman zalları, çimərliklər, parklar, bulvarın açılması önümüzdəki günlərdə məlum olacaq. Bu, məsələ statistik göstəricilərdən asılıdır. İndidən bir söz deyə bilmərik. Hələ ki bunların açılması gündəmimizdə yoxdur”.

D
demokrat.az