Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında karantin dövründə cərimələnmələrlə bağlı məsələyə aydınlıq gətirilib.
Demokrat.az-ın məlumatına görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib ki, xüsusi karantin dövründə vətəndaşlara yazılan cərimələrin ləğv olunması barədə danışmaq hələ tezdir.


