Faiq Ağayevin koronavirusla bağlı gizli səs yazısını yaydılar

ŞOU-BİZNES 02 may 2020, 14:57

Xalq artisti Faiq Ağayev ötən gün "5/5" verilişində qonaq olan Günay İbrahimli ilə telefon danışığı edib. 


Demokrat.az xəbər verir ki, sənətçi söhbətinin dinlənilməsindən xəbərsiz olub.


O, bu zaman "Koronavirus ən birinci bizim sferanı vurdu, ən sonuncu da bizim işimiz açılacaq" deyə, gileylənib.


Qeyd edək ki, sənətçi bir neçə gün öncə 1993-cü ildə səsləndirdiyi "Küsmə" mahnısının "remake" versiyasını təqdim etməklə gündəmə gəlib. Sözləri F.Ağayevə, musiqisi isə Eldar Mansurova məxsus bəstənin aranjimanını Nadir NəğdPul edib.(axşam.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top