Gündəm

Siyavuş Novruzov: “Əli Kərimli gəlsin ona ərzaq yardımı edək”

Siyavuş Novruzov: “Əli Kərimli gəlsin ona ərzaq yardımı edək”

“Space” TV-nin “Sadə həqiqətlər” verilişinin növbəti qonağı YAP İcra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov olub.

Demokrat.az xəbər verir ki, S. Novruzov “Sadə həqiqətlər”də neftin qiymətindən, hakimiyyətin insanların sosial rifahı naminə atdığı addımlardan danışıb. Həmçinin, o, Azərbaycan dövlətinə qarşı “qara piar” kampaniyası aparan, ölkəmizin uğurlarına kölgə salmağa çalışan, xalq-iqtidar birliyini pozmağa cəhd edən antimilli ünsürlər və erməni mənşəli şəxslərdən danışıb.

Qeyd edək ki, “Sadə həqiqətlər” verilişi mayın 1-də saat 22:00-də yayımlanacaq.(unikal.org)

D
demokrat.az