COVID-19-un Avropaya müsbət təsiri məlum oldu

DÜNYA 30 apr 2020, 19:14

Enerji və Təmiz Hava Tədqiqatları Mərkəzi (CREA) yeni növ koronavirusun dünyada yayılması ilə əlaqədar tətbiq olunan məhdudlaşdırıcı tədbirlərin ətraf mühitin əhəmiyyətli dərəcədə təmizlənməsinə kömək etdiyini açıqlayıb.


Demokrat.az xəbər verir ki, Avropada son bir ayda bu səbəbdən 11 minə yaxın insanın ölümünün qarşısı alınıb.


Qeyd edilir ki, koronavirusa qarşı görülən tədbirlər sayəsində kömür əsaslı elektrik enerjisi istehsalı 37%, neft məhsullarının istehlak səviyyəsi isə üçdə birə qədər azalıb. Bunun sayəsində havada azot dioksidinin konsentrasiyasında 40%, bərk maddələrin miqdarında isə 10% azalma müşahidə edilir.


Almaniya, İngiltərə, İtaliya, İspaniya, Polşa və Portuqaliyada havanın çirklənməsinin azalmasının insan sağlamlığına mənfi təsirlərinin qarşısı alınıb.


Bundan əlavə, Avropada uşaqlar arasında astma xəstəliyinə tutulanların sayı bir ayda altı min, astma səbəbiylə təcili yardım çağırışlarının sayı 1900 dəfə azalıb. Erkən doğuşların sayının 600-ə düşdüyü qeyd edilir. Tədqiqata görə, bu göstəricilər ekologiyanın yaxşılaşdırılması ilə əlaqədardır və gələcəkdə də bu dəyişikliklərin nəticələri müşahidə edilə bilər.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top