Aİ pandemiyaya görə dağılacaq?

DÜNYA 30 apr 2020, 12:24

Avropa İttifaqının (Aİ) diplomatiya rəhbəri pandemiya səbəbindən qurumun dağılma ehtimalını qiymətləndirib.


“Koronavirusun yaratdığı böhran 2009-cu ildəki Avrozona böhranından daha güclü ola bilər, ancaq fikir ayrılığı və ya "AB-nin sonu" barədə söhbət əsassızdır”.


Demokrat.az xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel deyib.


Onun sözlərinə görə, pandemiyanın ilkin mərhələsində Aİ fəaliyyətdə koordinasiyaya ehtiyac görmürdü, amma indi Brüssel və İttifaq ölkələri birlikdə işləyirlər:


“Bütün problemlərdə Aİ-ni günahlandırmaq ümumi taktikadır və bəzən üzv ölkələr də bunu edirlər. Doğrudur, pandemiyanın başlanğıc mərhələsində Aİ-nin fəaliyyətində uyğunlaşma olmadı. Buna baxmayaraq, indi biz həm sərhədlərimiz daxilində, həm də qonşularımızla birlikdə koronavirusa və onun nəticələrinə qarşı müvəffəqiyyətlə mübarizə aparırıq”.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top