Dünya

Həkim Boris Consonun koronavirus xəstəliyini ağır keçirməsinin səbəbini açıqladı

Həkim Boris Consonun koronavirus xəstəliyini ağır keçirməsinin səbəbini açıqladı

Britaniyalı kardioloq Asim Malhotra ölkənin Baş naziri Boris Consonun koronavirus xəstələyini bu qədər ağır keçirməsinin səbəbini açıqlayıb.

Demokrat.az xəbər verir ki, mütəxəssis bunu B.Consonun ağır çəkiyə malik olması ilə bağlayıb.

A.Malhotra qeyd edib ki, köklükdən əziyyət çəkən koronavirusa yoluxmuş insanlarda ölüm riski başqaları ilə müqayisədə 10 dəfə artıqdır.

Qeyd etmək lazımdır ki, 55 yaşlı baş nazir uzun müddətdir ki arıqlamaq istəyir. 2018-ci ildə B.Conson 100 kiloqramdan artıq çəkiyə sahib olduğunu etiraf etmişdi.(oxu.az)

D
demokrat.az