Dünyada koronavirusa yoluxanların sayı 3 milyona çatır — STATİSTİKA

DÜNYA 27 apr 2020, 08:56

Dünyada koronavirusa yoluxanların sayı artıb.


Demokrat.az xəbər verir ki, dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 2 994 761 nəfər təşkil edir.


Bundan başqa, 206 992 pasiyent koronavirun qurbanları hesab edilir.


Məlumata görə, pandemiyanın başlanğıcından 878 820 insan sağalıb. Hazırda dünyada 57 603 pasiyentin vəziyyəti ağır qiymətləndirilir.


Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb. 


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top