Türkiyədə koronavirusdan daha 99 nəfər öldü

DÜNYA 26 apr 2020, 23:38

Türkiyədə koronavirusa yoluxanların sayında artım olub.

 

Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca açıqlama verib.

 

O bildirib ki, koronavirusdan (COVID-19) bu gün daha 99 nəfər ölüb.

 

Dövlət rəsmisi həmçinin qeyd edib ki, son 24 saatda 30 177 şübhəli koronavirus testindən keçib, onlardan 2357-nin cavabı pozitiv çıxıb.

 

Qeyd edək ki, qardaş ölkədə indiyədək koronavirusdan 2805 nəfər ölüb, ümumilikdə 110 130 nəfər infeksiyaya yoluxub.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top