Azərbaycan dövlət sərhəddini pozan İran vətəndaşı cəzalandırıldı

KRİMİNAL 22 apr 2020, 14:44

Azərbaycama qaçaqmalçılıq yolu ilə narkotik vasitə gətirməkdə ittiham olunan İran vətəndaşı, 1984-cü il təvəllüdlü Khayyer Alıreza Salamatın cinayət işi üzrə məhkəmə başa çatıb.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, Khayyer Alıreza Salamat  2018-ci ilin noyabr ayının ortalarında İran İslam Respublikasının Ərdəbil şəhərində istintaqla müəyyən edilməmiş mənbədən şəxsi istehla kmiqdarından artıq miqdarda, təsiredici maddəsinin ümumi miqdarı 0,72 qram təşkil edən 24 həb psixotrop maddə metilendioksimetamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib.


O, həmin narkotik vasitələri noyabrın 23-də Ərdəbil şəhərində malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə rezin əlcəyin kəsilmiş barmağına qoyub, düz bağırsağına yerləşdirib.


Daha sonra həmin gün saat 16 radələrində Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirib.


İstintaq orqanı tərəfindən Khayyer Alıreza Salamatnin barəsində Cinayət Məcəlləsinin  206.2-ci (qaçaqmalçılıq) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddələri ilə ittiham elan edilib.


Biləsuvar rayon Məhkəməsinin hökmü ilə Khayyer Alıreza Salamat 4 il müddətinə azadlıqdan məhrum edilib.


Hökmdən narazı qalan Khayyer Alıreza Salamat apelyasiya şikayəti verib. O, barəsində olan cəzanın yüngülləşdirilməsini istəyib.


Khayyer Alıreza Salamatın şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim İsmayıl Əhmədovun sədrliyi ilə baş tuta iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.


Qərara görə, Khayyer Alıreza Salamatın apelyasiya şikayəti təmin edilib.


Onun cəzası 1 ilə qədər azaldılıb.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top