Ana karantin qaydalarını pozan oğlunu polisə təslim etdi

DÜNYA 20 apr 2020, 20:12

Koronavirus testi müsbət çıxan kişi şəhərdə gəzməyə çıxıb. Ancaq anası polisə xəbər verdiyi üçün səfər uzun çəkməyib. Asayiş keşikçiləri onu saxlayıb.


Demokrat.az xəbər verir ki, bu barədə 360tv.ru hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadla xəbər yayıb.


Bildirilir ki, hadisə Rusiyanın paytaxtında qeydə alınıb.


Məlum olub ki, 36 yaşlı moskvalıda iki gün əvvəl koronavirus təsdiqlənib, lakin xəstəliyi yüngül keçirdiyi üçün xəstəxanaya yerləşdirilməyib. Sadəcə, bütün ailə üzvlərinə evdən çıxmaq qadağan edilib. Xəstə isə bu qadağaya cəmi bir gün dözüb.


Kişi saxlanılaraq, məcburi olaraq sığınacağa yerləşdirilib. Artıq icbari müalicədən əlavə, onu cərimə də gözləyir.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top