Türkiyə ordusu 38 terrorçunu zərərsizləşdirdi

DÜNYA 19 apr 2020, 20:50

Türkiyə ordusu son 15 gündə 38 terrorçunu zərərsizləşdirib.


Bu barədə Türkiyə Müdafiə Nazirliyi açıqlama yayıb.


Məlumatda bildirilib ki, ölkə daxilində və xaricində terrorla mübarizənin davam edir. 15 iyul 2016-cı ildən bəri FETÖ ilə mübarizə çərçivəsində Türkiyə Silahlı Qüvvələrindən (TSK) 19 min 397 kadrın işdən çıxarıldığı, 5034-nün haqqında isə inzibati qaydada məhkəmə işinin davam edildiyi qeyd olunub.


Açıqlamada həmçinin yeni növ koronavirusla mübarizə ilə əlaqədar TSK nəzdində 10 milyon tibbi maska, 110 min xüsusi tibbi geyim, 40 min litr isə dezinfeksiyaedici məhlul hazırlandığı da qeyd olunub. (APA)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top