Fələstin İsraillə saziş şərtini açıqladı

DÜNYA 17 apr 2020, 10:53

Fələstin lideri Mahmud Abbas həbsxanalardakı fələstinli məhkum və əsirlər sərbəst buraxılmayana qədər İsrail rəhbərliyi ilə heç bir sazişə imza atmayacaqlarını bildirib.


Demokrat.az xəbər verir ki, bu barədə “HaberGlobal” məlumat yayıb.


Fələstin Prezidenti Mahmud Abbas Fələstinli Əsirlər Günü münasibətilə yayımlanan yazılı açıqlamasında İsraildən həbsxanalardakı fələstinliləri azadlığa buraxmasını istəyib. Həbs olunanları “azadlıq döyüşçüləri, qəhrəmanlar” kimi təqdim edən M.Abbas qeyd edib:


“İsrailin həbsxanaları boşaldılmadan yekun sülh sazişinə qətiyyən imza atmayacağımızla bağlı vədimizi yenidən təkrarlayırıq”.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top