Gündəm

Deputat: “Koronavirusdan vəfat edən həkimlərə şəhid statusu verilsin”

Deputat: “Koronavirusdan vəfat edən həkimlərə şəhid statusu verilsin”

“Bu gün bir çox ölkədə tibb işçiləri xəstəliyə yoluxaraq dünyasını dəyişir”.

Demokrat.az-ın məlumatına görə, MM-in Əmək və sosial siyasət komitəsi sədr müavini Məlahət İbrahimqızı "Tibbi sığorta haqqında" qanunun müzakirəsi zamanı deyib.

M. İbrahimqızı təklif edib ki, koronavirusla mübarizə aparan tibb işçilərinə xüsusi status verilsin:

“Türkiyədə bu sahədə çalışan həkimlərə qazi, rəhmətə gedənlərə isə şəhid statusu verilir. Mən də bizim həkimlərə xüsusi status verilməsini təklif edirəm”.

D
demokrat.az