Hadisə

Prezidentdən TƏBRİK

Prezidentdən TƏBRİK

Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstan Prezidenti xanım Katerina Sakellaropuluya təbrik məktubu ünvanlayıb.

Demokrat.az-ın xəbərinə görə, təbrikdə deyilir:

"Hörmətli xanım Prezident, Yunanıstan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından səmimi təbriklərimi yetirirəm. Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram".

Demokrat.az

D
demokrat.az