Hadisə

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi — FOTO

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi — FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

Demokrat.az xəbər verir ki, təbrikdə deyilir:

“Əziz həmvətənlər!⠀

Novruz bayramı münasibətilə ünvanladığınız sevgi dolu səmimi təbriklərinizə, xoş arzularınıza görə hər birinizə dərin minnətdarlığımı bildirirəm. Bütün xalqımızı bayram münasibətilə səmimi-qəlbdən təbrik edir, hamıya möhkəm cansağlığı, xoşbəxtlik, bayram əhval-ruhiyyəsi arzulayıram!⠀

Qoy təbiətin oyanması və yeniləşməsinin rəmzi olan bu bayram ürəklərdə ancaq saf niyyətlər, xoş duyğular oyatsın, hər evə, hər ocağa səadət və sağlıq, ölkəmizə sülh, əmin-amanlıq və uğurlar gətirsin!”.

Demokrat.az

D
demokrat.az