Hadisə

Əli Həsənovun rəis qayını vəzifəsindən uzaqlaşdırıldı — Vilayət Eyvazovdan ƏMR

Əli Həsənovun rəis qayını vəzifəsindən uzaqlaşdırıldı — Vilayət Eyvazovdan ƏMR

Salyan rayon polis şöbəsinin rəisi, polis polkovniki Cəbrayıl Vəliyev vəzifəsindən azad edilib.

Demokrat.az criminal.az-a istinadən xəbər verir ki, daxili işlər naziri Vilayət Eyvazovun əmri ilə C.Vəliyev Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsində cinayət-axtarış idarəsinə rəis vəzifəsinə keçirilib.

DİN-nin mətbuat xidməti Criminal.az-a faktı təsdiq edib.

C.Vəliyev prezident İlham Əliyevin sabiq köməkçisi Əli Həsənov həyat yoldaşı Sona Vəliyevanın qardaşıdır.

D
demokrat.az