Hadisə

Bakıdakı dumanın səbəbi bilindi — AÇIQLAMA

Bakıdakı dumanın səbəbi bilindi — AÇIQLAMA

"Bu gün axşam saatlarından başlayaraq Respublika ərazisində meteoroloji şəraitlə (dərin inversiya qatı və nisbi rütubətin artması) bağlı olaraq yenidən Bakı və Abşeron yarımadasında duman müşahidə olunur".

Bunu Demokrat.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mi­lli Hidrometeorologi­ya Departamentinin baş hidroloqu Asif Verdiyev bildirib.

O qeyd edib ki, havanın durğun keçməsi ilə eyni zamanda tozun miqdarı da bəzi ərazilərdə normadan bir qədər artıqdır.

Dumanlı hava şəraitinin mart ayının 15-i günorta saatlarına kimi davam edəcəyi gözlənilir.

Demokrat.az

D
demokrat.az