Sosial

DİN-in Müvəqqəti Saxlanma Yerlərində görüşlər məhdudlaşdırdı

DİN-in Müvəqqəti Saxlanma Yerlərində görüşlər məhdudlaşdırdı

Daxili İşlər Nazirliyinin (DİN) tabeliyində olan Müvəqqəti Saxlanma Yerlərində saxlanılan şəxslərlə görüşlərə, onlara sovqatların verilməsinə məhdudiyyət qoyulub.

Demokrat.az-ın xəbərinə görə, bu barədə DİN-in mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib.

O qeyd edib ki, koronavirusa yoluxma təhlükəsinin qarşısının alınması məqsədilə DİN-in Müvəqqəti Saxlanma yerlərində sanitar-epidemioloji, profilaktik və izahedici tədbirlər həyata keçirilir və bununla əlaqədar saxlanılan şəxslərə görüş verilməsi və sovqat qəbulu məhdudlaşdırılıb.

E. Zahidov həmçinin əlavə edib ki, saxlanılan şəxslərin vəkilləri ilə görüşünə heç bir məhdudiyyət tətbiq edilmir. (APA)

Demokrat.az

D
demokrat.az