Gündəm

Milli Məclisin yeni sədri kimdir? — DOSYE

Milli Məclisin yeni sədri kimdir? — DOSYE

Yeni Azərbaycan Partiyasının (YAP) Milli Məclisin sədri vəzifəsinə namizədliyini irəli sürdüyü Sahibə Əli qızı Qafarova 1955-ci ildə anadan olub.

Demokrat.az xəbər verir ki, Azərbaycan alimi, filologiya elmləri doktoru, professor, Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, V çağırış Azərbaycan Respublikasının Milli Məclis deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvüdür (18 iyul 2014-cü ildən.

İki ali təhsillidir. M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu və Azərbaycan Dillər Universitetini (ingilis filologiyası üzrə) fərqlənmə diplomları ilə bitirib.

1978-1980-ci illərdə Şəmkir şəhərində (orta məktəbində rus dili və ədəbiyyatı müəllimi kimi pedaqoji fəaliyyət göstərmişdir. 1981-ci ildən bu günə qədər Bakı Slavyan Universitetində çalışır. 2000-2004-cü illərdə Qərb Universitetinin Qərbi Avropa Dilləri fakültəsinin dekanı və İngilis filologiyası kafedrasının müdiri vəzifələrində çalışmışdır. 2004-cü ildən Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru kimi fəaliyyət göstərir. Sahibə Qafarova ədəbiyyat nəzəriyyəsi, müasir rus və Amerika ədəbiyyatları üzrə mütəxəssisdir. 70-dən çox elmi və tədris-metodik işin, proqramların, dərs vəsaitlərinin müəllifidir. Ədəbiyyatda Gender problemlərinin tədqiqi ilə məşğuldur. Prof.Sahibə Qafarova bir sıra beynəlxalq təlim proqramlarının və layihələrin iştirakçısı olub.

98 saylı Şəmkir şəhər seçki dairəsindən deputat seçilib, 2010-cu ildən Milli Məclisin üzvüdür.

Demokrat.az

D
demokrat.az