"Mənim alnıma gülləni vursalar da, o sözü demişəmsə, həmişə deyəcəm. Mən dediyim sözü yeyə bilmərəm, çünki mən Mətanət Əsədovayam və Manafın dostuyam".
Demokrat.az xəbər verir ki, bu sözləri Mətanət Əsədova Tolikin bağlanan "Hər şey daxil" verilişinin son buraxılışında səsləndirib:
Özünü ikinci Zeynəb Xanlarova adlandıran ifaçı sözünün üstündə durduğunu deyib:
"Dediyimiz sözü danmaq bizə yaraşmaz. Bəli, mən ikinci Zeynəb Xanlarovayam. Buna kimin nə sözü ola bilər? Etiraz edən varsa, gəlsin, bu meydan, bu da Mətanət. O mahnını Zeynəb xanım kimi ikinci elə oxuyan olacaqsa..." (baku.ws)


