Dövlət Sərhəd Xidmətinin Qazax rayonunun Daş Salahlı kəndi yaxınlığında yerləşən döyüş məntəqəsində odlu silahdan açılan atəş nəticəsində həlak olan əsgər Qarayev Eltun Elman oğlu dəfn olunub.
Demokrat.azxəbər verir ki, mərhum Bərdədəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.
***
Dövlət Sərhəd Xidmətinin (DSX) həlak olan 19 yaşlı əsgəri Eltun Elman oğlu Qarayevin nəşi bu gün doğulduğu Bərdə rayonunun Qazqurdalı kəndinə gətirilib.
Demokrat.az xəbər verir ki, onun meyiti ailəsinə təhvil verilib. Əsgər bu gün Bərdə rayonundakı Şəhidlər xiyabanında dəfn ediləcək.
Hazırda Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev və hüquq-mühafizə orqanlarının əməkdaşları şəhidin yaşadığı evdədirlər.


