Hadisə

Erkin Qədirli Milli Məclisə getdi — FOTO

Erkin Qədirli Milli Məclisə getdi — FOTO

VI çağırış Milli Məclisin deputatı Erkin Qədirli bu gün döş nişanını almaq üçün Milli Məclisə gedib.

Demokrat.az xəbər verir ki, bu barədə deputat özü yazıb.

O qeyd edib ki, bu gün Milli Məclisin Katibliyində olub:

“Girişdə koronavirus yoxlanışından keçdim. Deputat nişanımı və rəsmi blanklarımı aldım. Vəsiqəni ikinci iclasda verəcəklərini söylədilər. Birinci iclas gələn həftə olacaq (günü hələ məlum deyil).

Bundan əlavə, iki komitəyə üzv yazıldım:

1) Hüquq siyasəti və dövlət quruculuğu (əsas komitəm);

2) Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə”.

Erkin Qədirli Milli Məclisə getdi — FOTO

D
demokrat.az